"The Rules behind Breaking
Creativity Rules" nədir?

Kreativ ideyaların qaydalara əməl etmədiyi və orijinal düşüncə tərzindən ortaya çıxdığı artıq hər kəs tərəfindən qəbul edilmişdir. Lakin diqqət yetirildiyi zaman görünür ki, əslində, “orijinal” sayılan ideyalar da təkrar edilən qəliblər üzərində qurulub. Bu qəliblərin kəşfi isə yeni, orijinal və kreativ ideyaların ortaya çıxmasında effektiv üsul ola bilər.

“Mindscapes” tərəfindən təqdim edilən təhsil proqramı da məhz bu qəliblərin kəşfinə fokuslanıb. Təhsil proqramı sayəsində iştirakçılar bu qəlibləri, başqa sözlə desək, strukturları praktiki düşüncə alətlərinə çevirə biləcək. Beləliklə, onlar öz xəyal güclərinin sərhədlərini aşacaq, ənənəvi düşüncə tərzini aşacaqlar.

Qeyd: Tədris ingilis dilində keçiriləcək.


Kimlər üçündür?

  • Brend kommunikasiyaları üzrə kreativ layihələrdə yer alan profesionallar
  • Agentlik və ya marka tərəfində işləyən fərdlər və komandalar
  • Strukturlu düşüncə prosesini təkmilləşdirmək istəyən mütəxəssislər
  • Effektiv və kreativ düşünmə bacarıqlarını təkmilləşdirmək istəyən gənclər
  • 10-30 nəfərdən ibarət komandalar

Tədris proqramı

Bu proqram strukturlu düşüncə qəlibləri və kreativ tətbiqlərə əsasən bir neçə modula bölünüb:

Strukturlu kreativ düşüncəyə giriş

Kreativ düşüncənin faydaları və onun nə olduğu haqqında məlumat.

Klassik mediada iqqət çəkmək və təqdir qazanmaq

Brendin mesajını effektiv şəkildə çatdırmaq üçün üstünlüklərin çatdırılması, gözlənilməyən alternativlər təklif etmək, simvol və analogiyalardan istifadə, paralel dünyalar arasında səyahət və xüsusi davranışlara diqqət yetirmək.

İnteqrə brend kommunikasiyası ilə yaxından tanışlıq

Onlayn və oflayn dünyalar arasındakı sərhədləri aşaraq insanların gündəlik həyatında fiziki və rəqəmsal (phygital) platformaların innovativ istifadəsinə təşəbbüs; Real hadisəni rəqəmsal məzmuna və rəqəmsal məzmunu real həyata təsir edəcək bir təcrübəyə çevirmək.

Yaradıcı “StoryProving”

Markanın faydalarını effektiv şəkildə təqdim edərək maraqlı məzmunların yaradılması və “storytelling” texnikalarının inkişafı.

Yaradıcı “StorySharing”

İnsanların, doğrudan da, paylaşmaq istəyəcəyi məzmun yaratmağın yolları.

Mental maneələri aşmaq üçün düşüncə vasitələri

Marka ilə əlaqəli komponentlərdən istifadə edərək mental maneələri aşmaq və ardını görməyin yolları.

Aktivliyi artırmaq üçün düşüncə yolları

Markanı sosial və ya mədəni hərəkatın bir parçası halına gətirmək; Təmənnasız olaraq medianın və insanların diqqətini çəkəcək yaradıcı ideyaları ərsəyə gətirmək; İnsanların qəbul etdiyi şeyləri sabotaj edərək və ya görməzdən gələrək dəyər yaratmaq.

Data və rəqəmlərlə iş

Mürəkkəb rəqəmlər toplusunu sadə, başa düşülən və anlamlı dataya çevirməyin yaradıcı yolları; Süni intellektdən istifadə edərək bu prosesi asanlaşdırmaq.

Büdcə dostu yaradıcılıq

Limitli büdcə ilə medianın diqqətini çəkəcək güclü ideyalar yaratma.



ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!