Göktuğ Sarı

Kreativ Direktor və Konsultant

LinkedIn

“Creative School” ilə bu gün başlayan sabah qazanmaya başlayacaq.


Müəlliminizi tanıyın

Göktuğ Sarı son 14 ildir ki, kommunikasiya və reklam sahəsində fəaliyyət göstərir. Reklam karyerasına "Wanda Digital"da başlayan Göktuğ daha sonra "Garanti Bank", "Turkcell", "Erikli", "Unilever", "Audi", "PepsiCo", "Coca-Cola", "Durex" və "Allianz" kimi böyük lokal və qlobal markalarla işləyən nüfuzlu agentliklərdə çalışmaq imkanı qazanıb. 2019-cu ildə "FCB Artgroup Network" şirkətində Regional Rəqəmsal Kontent Direktoru vəzifəsi üçün təklif alıb. Bu regional təklif 4 ölkəni: Qazaxıstan, Özbəkistan, Gürcüstan və Azərbaycanı əhatə edirdi. O, "Unilever" və "Coca-Cola" markaları üçün Qazaxıstanın Almatı şəhərində 5 ay çalışdıqdan sonra Azərbaycana köçməyə qərar verdi. Azərbaycanda "Kapital Bank", "Birbank", "Birkart", "Sirab", "Pasha Malls", "Bakcell", "Eti", "Starbucks", "Vestel", "Unilever", "PashaPay" və digər markalarla çalışıb. Bundan əlavə, 2021-ci ildə dostu və şəriki Alican Arkun ilə birlikdə texnologiya, startap ekosistemi, yaradıcılıq, marketinq və biznes mövzularını əhatə edən, Azərbaycanın ən çox izlənilən və uğurlu yeni media və xəbər platforması olan "Trilogy.News"u təsis edib. Hal-hazırda o, təlimçi, məsləhətçi və frilans kreativ direktor kimi işləməklə yanaşı, "Trilogy.News"un bütün yaradıcı proseslərini də idarə edir.


Tədris etdiyi proqram

Bədii rəhbərlik (Art Direction)

60 saat | Campus

Bədii rəhbərlik vizual kommunikasiya və dizayn layihələrinin arxasında duran strateji və yaradıcı istiqamətlənməni əhatə edir. Bu isə konseptləri dizayn ilə birləşdirərək vizual alətlər vasitəsilə hekayə söyləmək sənətidir. Bədii rəhbərlər, yəni art direktorlar reklamın, filmin, rəqəmsal medianın və çapın vizual hissələrini hazırlayaraq tipoqrafiyadan təsvirə qədər hər bir elementin nəzərdə tutulan mesajının və emosiyasının ardıcıl şəkildə çatdırılmasını təmin edir. Art direktorların işi marketinq strategiyalarını təsirli vizual həllərə çevirməkdən, eləcə də layihələrin estetik bütövlüyünü və məqsədlərini qorumaqla ideyaları həyata keçirmək üçün yaradıcı komandalara rəhbərlik etməkdən ibarətdir.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!