HAQQIMIZDA

Creative School

"Creative School" olaraq məqsədimiz "Code Academy" ilə əməkdaşlıq edərək hazırda istedad azlığı çəkən yaradıcı sənayeni canlandırmaqdır. Xarici, eləcə də daxili bazarda brendlərə təqdim edilən yaradıcı istedadlarda olan boşluğu nəzərə alaraq 1-2 il ərzində müsbət yöndə, 3-5 ildə isə köklü dəyişiklik əldə edəcəyimizə inanırıq.

Buna görə də təhsil sahəsində böyük təcrübəsi olan "Code Academy" ilə güclərimizi birləşdirib yaradıcı sahəyə daha parlaq, yenilikçi bir gələcək vəd edən, yeni nəsil peşəkarları yetişdirmək məqsədi ilə "Creative School"u qurmaq qərarına gəldik.


YENİLİKLƏR

Bizdən xəbər tutun

Bütün yeniliklər

Bütün yeniliklər

ÜSTÜNLÜKLƏR

"Creative School" sizə nə vəd edir?

Peşəkar tədris

Siz sahənin aparıcı şəxslərindən müasir, biznes yönümlü təlimlər alacaqsınız.

Yaradıcılıq potensialı

Özünüzü yenidən kəşf edərək yaradıcılıq sərhədlərinizi müəyyən edəcəksiniz.

Yeni tanışlıqlar

Yaradıcı sektorda əlaqələrinizi möhkəmlədəcək və gələcək əməkdaşlıqlara hazır olacaqsınız.

Uğurlu karyera

Güclü bir portfolio ilə hədəfinizdəki uğurlu karyeraya nail olacaqsınız.


Ən çox
verilən suallar

F.A.Q.

Hansı təhsil modeli mənə uyğundur?

Zero to Hero
Yaradıcı sahəyə yeni başlayanlar və ya karyera dəyişikliyi etmək istəyənlər üçün idealdır. Təməl bacarıqlara hakim olmağınızı və inkişaf etdirməyinizi təmin edəcək.

Next Level
Əgər siz artıq təməl bacarıqlara sahibsiniz və peşəkarlıq səviyyəsini yüksəltmək istəyirsinizsə, bu proqram sizin üçündür.

Skill Sprint
Təcrübəlisiniz və biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, müəyyən sahədə sıfırdan yeni bacarıqlar qazanmağı hədəfləyirsinizsə, sizə qısamüddətli, lakin intensiv master-klaslar lazımdır.

Hansı proqramlar mövcuddur?

Zero to Hero:
"Kopiraytinq", "Fotoqrafiya", "Videoqrafiya", "Kreativ məzmun yaradılması" proqramları
Next Level
"Bədii rəhbərlik (Art Direction)" proqramı
Skill Sprint
"Breynstorminq texnikaları", "Vertikal videoların sirri", "Mobiloqrafiya sənəti", "Təsviri düşüncə", "Kiçik büdcələr, böyük kampaniyalar" ilə yanaşı, daim yenilənən proqramlar

Təlimlər harada və necə keçirilir?

Bütün proqramlarımız Bakı şəhərində yerləşən "Code Academy"də peşəkar təlimçilərimiz tərəfindən tədris olunur.

Təhsil haqqı nə qədərdir?

Təhsil haqları seçdiyiniz modelə və proqrama uyğun dəyişir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

⁠Qeydiyyatdan necə keçmək olar?

Veb-saytımızdakı müraciət anketini dolduraraq və ya imeyl vasitəsilə bizimlə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz.

Təlimlərin sonunda sertifikat verilirmi?

Bəli, bütün proqramları uğurla başa vuran tələbələrimiz sertifikat əldə edir.

İş tapmaqda köməklik edirsinizmi?

Bəli, məzunlarımıza özəl olaraq iş və yeni tanışlıq imkanları təklif edirik.

Hansı sahələrdə iş imkanları var?

Təlimlərimiz reklam, marketinq, media, dizayn və incəsənət kimi bir çox sahədə iş imkanları təklif edir.

"Creative School"un üstünlükləri nələrdir?

“Creative School”un üstünlüklərinə daxildir:

• Sahənin aparıcı şəxslərindən təlim;
• Cari və biznes yönümlü kurikulum;
• Yaradıcı potensialınızı kəşf etmək şansı;
• Yeni tanışlıqlar və iş imkanları;
• Güclü portfolio yaratmaq fürsəti.


BİZƏ GÜVƏNƏNLƏR

Partnyorlarımız
haqqında

"Creative School" özəl sektor və dövlətlə əməkdaşlıq çərçivəsində real layihələr, sahə liderlərindən təlim və təcrübə imkanları təklif etməklə xəyalınızdakı uğurlu karyeraya addım atmaq üçün dəstəkdir. Nəticədə isə təlimlərimizi partnyor agentlik və şirkətlərdə iş imkanları ilə tamamlayırıq.

"Creative School" ilə gələcəyinizə investisiya edin və arzuladığınız işə sahib olun.



ƏLAQƏ

Müraciət edin

Hələ də suallarınız var, ya da özünüzə uyğun proqramın hansı olduğuna qərar verə bilmirsinizsə, müraciət formasını doldurun və bizimlə görüş təyin edin.