Elnur Nurəli

Brendinq və Marketinq Komunikasiyaları üzrə mütəxəssis

LinkedIn

20 illik karyeram boyunca reklam layihələrində ölkənin ən istedadlı kreativləri ilə işləmək şansına sahib olmuşam. Bu vaxt ərzində həmçinin yaradıcı şəxslərə mentorluq etmək, onların peşəkar inkişafına dəstək göstərmək fürsətim də olub. İndi isə “Creative School”un gücü ilə bu prosesi daha strukturlu şəkildə davam etdirməyi hədəfləyirəm. Məqsədim illərlə qazanılacaq bilikləri bir neçə ay ərzində hər kəs üçün əlçatan etməkdir. “Creative School” ilə ölkənin yaradıcı sektorunda olan boşluğu doldurmaq üçün əlimizdən gələni edirik və edəcəyik.


Müəlliminizi tanıyın

Elnur Nurəli strategiya, marketinq, brendinq, reklam və vizual kommunikasiya sahələrində 20 ildən çox təcrübəyə malik marketinq kommunikasiyaları ekspertidir. Azərbaycan Dövlət Neft Akademiyasının Tətbiqi riyaziyyat ixtisasını bitirdikdən qısa müddət sonra Elnur İT, daha sonra isə dizayn və reklam sektoruna keçid edib. O, reklam macərasına 2001-ci ildə “McCann” agentliyində dizayner kimi başlayıb, daha sonra isə art direktor, kreativ direktor və baş direktor vəzifələrinə qədər yüksəlib. 17 illik fəaliyyəti zamanı o, “McCann”də “Bakcell”, “Mançester Yunayted”, “Azercell”, “Nar”, “Coca-Cola”, “Nestlé”, “Unilever, “Mastercard”, “Samsung”, “Toyota”, “F1”, ABB, “SOCAR”, “PMD”, “Gilan”, “Azərsun” və bir çox markalar üçün böyük layihələrdə iştirak edib. “McCann” təcrübəsindən sonra o, “URBN Limited”də marketinq meneceri kimi çalışıb və “Crescent Bay” kimi qlobal proyektlərə öz töhfəsini verib. Hazırda Elnur Nurəli məşhur agentliklərə, eləcə də şirkətlərə brendinq, məhsul təqdimatı və biznesin təkmilləşdirilməsində konsaltinq xidməti göstərir. Bununla yanaşı, o, on beş yerli agentliyi təmsil edən və ölkədə marketinq sənayesinin maraqlarını qoruyan Azərbaycan Marketinq Peşəkarları Assosiasiyasına da rəhbərlik edir.


Tədris etdiyi proqram

Bədii rəhbərlik (Art Direction)

60 saat | Campus

Bədii rəhbərlik vizual kommunikasiya və dizayn layihələrinin arxasında duran strateji və yaradıcı istiqamətlənməni əhatə edir. Bu isə konseptləri dizayn ilə birləşdirərək vizual alətlər vasitəsilə hekayə söyləmək sənətidir. Bədii rəhbərlər, yəni art direktorlar reklamın, filmin, rəqəmsal medianın və çapın vizual hissələrini hazırlayaraq tipoqrafiyadan təsvirə qədər hər bir elementin nəzərdə tutulan mesajının və emosiyasının ardıcıl şəkildə çatdırılmasını təmin edir. Art direktorların işi marketinq strategiyalarını təsirli vizual həllərə çevirməkdən, eləcə də layihələrin estetik bütövlüyünü və məqsədlərini qorumaqla ideyaları həyata keçirmək üçün yaradıcı komandalara rəhbərlik etməkdən ibarətdir.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!