Fərqlilik yaradan insaytlar nədir?

Brend kommunikasiyalarında ən çətin tapşırıqlardan biri də güclü insaytı tapıb ortaya çıxarmaqdır. Bu heç kimin haqqında danışmadığı, ya da fərqli şəkildə danışılması lazım olan anlamlı və maraqlı insaytı tapmaq bacarığını tələb edir.
“Mindscapes”in təqdim etdiyi bu tədris proqramı reallığa fərqli perspektivlərdən baxmağımıza kömək olacaq bir sıra düşüncə alətlərini özündə birləşdirir. Bu alətlər güclü fikirlərə və hekayələrə ilham verən insaytları tapmaq prosesində köməyə çatır. Başqa sözlə, bu tədris proqramı sadəcə məntiqli yox, həmçinin fərq yaradacaq insaytları ortaya çıxarmağı öyrədəcək.

Qeyd: Tədris ingilis dilində keçiriləcək.


Kimlər üçündür?

  • Brend kommunikasiyaları üzrə kreativ layihələrdə yer alan profesionallar
  • Agentlik və ya marka tərəfində işləyən fərdlər və komandalar
  • Strukturlu düşüncə prosesini təkmilləşdirmək istəyən mütəxəssislər
  • Effektiv və kreativ düşünmə bacarıqlarını təkmilləşdirmək istəyən gənclər
  • 10-30 nəfərdən ibarət komandalar

Tədris proqramı

Bu proqram strukturlu düşüncə qəlibləri və kreativ tətbiqlərə əsasən bir neçə modula bölünüb:

Güclü insaytın təməlləri

İlk dərsdə güclü insaytı digərlərindən fərqləndirən xüsusiyyətlər kəşf ediləcək.

Axtarış zənciri

İnsayt axtarışı prosesinə müşahidədən anlayışa qədər olan hadisələr zənciri kimi baxılacaq.

Düşüncəni bir yerə cəmləmək

Brend xüsusiyyətləri ilə istehlakçı həyatı arasında düzgün balans quran, dəqiq və təsirli marka vədləri yaratmaq üçün texnikalar.

Marka perspektivini gücləndirən düşüncə texnikaları

Ənənəvi düşüncə qəliblərindən çıxaraq fərqli baxış bucaqlarını kəşf etməyə və gizli olanları ortaya çıxarmağa, beləliklə, insanlarla dərin bağ qurmağa fokuslanacaq. Bu proses ərzində iştirakçılar şəxsi və cəmiyyətlə əlaqəli hadisələrdən ilham alacaq, problemləri fürsətə çevirməyi öyrənəcək və markanın əvəzsiz dəyərlərini vurğulamağın üsulları ilə tanış olacaq.

Əsas hədəf: Emosional bağlar

İstehlakçıların aktivliyini artırmaqla yanaşı, onlarla necə bağ qurmaq olar? Bunun üçün hansı dəyərlər və ehtiyaclar nəzərə alınmalıdır?

Mövcud datadan istifadə

Hazırda mövcud olan datadan ehtiyac olan insaytı tapmaq üçün üsullar.



ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!