24 oktyabrda “Code Academy”də müəllimlərimiz Fərhad Şabanov və İlham Əkbərlinin iştirakı ilə kreativ sektor və kopiraytinq haqqında infosessiyamız baş tutdu. Onlar əvvəlcə “Kopirayter kimdir?”, “Bu sahəyə tələbat varmı?”, “Kopirayter nə qədər qazanır?” kimi mövzularda danışdı, ardınca infosessiyaya gələn qonaqların suallarını cavablandırdılar. Onlar bildirdi ki, “Creative School”u bitirən bütün uğurlu tələbələr dərhal iş imkanı əldə edəcək və karyeralarına güclü təməllə başlayacaqlar.
İlham Əkbərlinin dediyinə görə, digər sahələrlə müqayisədə kopiraytinqdə uğurlu olmaq daha asandır. Təbii ki, bu sizin gördüyünüz və imza atdığınız işlərlə birbaşa əlaqəlidir. Siz uğurlu işlər ərsəyə gətirsəniz, sektorda hər kəs sizdən danışacaq və adınızı zirvəyə qaldıra biləcəksiniz.
Fərhad Şabanov isə kopirayterlərin gəlirlərindən və xarici bazardakı iş imkanlarından söz açdı. O vurğuladı ki, kopirayterlər nəinki lokal, həmçinin qlobal markalarla işləyərək xarici bazara da çıxış əldə edə bilərlər.
“Creative School”da “Kopiraytinq (Mətn yazarlığı və kreativ konsept yaratmaq)” dərsləri 2 dekabr tarixində başlayacaq. Odur ki siz də təcrübəli müəllimlərdən dərs almaq, uğurlu portfolio sahibi olmaq və yaradıcı karyeraya başlamaq üçün “Creative School”a müraciət edə bilərsiniz.