Peşəkar həyatda biliklərinizi bir üst səviyyəyə qaldırın!

Proqram haqqında

“Next Level” tədris modeli xüsusi olaraq artıq təməl bilikləri olan və peşəkar bacarıqlarını daha yüksək səviyyəyə qaldırmaq istəyənlər üçün nəzərdə tutulub. Proqramımızın başlıca məqsədi tələbələrin mövcud bilik və təcrübələrini zənginləşdirmək, beləliklə, onları karyeralarında növbəti mərhələyə hazırlamaqdır. “Next Level” tələbələrə bacarıqlarını dərinləşdirmək, eləcə də daha mürəkkəb və çətin iş mühitində həmin bacarıqları tətbiq edə bilmək imkanı verir.

İlk olaraq “Next Level” modeli bədii rəhbərlik (Art Direction) sahəsində tələbələrini qəbul edəcək. Bu dərslərə qatılanlar yaradıcılıqlarını strateji düşüncə ilə birləşdirmək və vizual kommunikasiya bacarıqlarını artırmaq fürsəti tapacaqlar. Proqramın təkmil modelləri sektordakı ən son tendensiyalar və texnikalar haqqında dərin biliklər verəcək və tələbələrə bu dinamik sahədə daim yenilənməyə kömək edəcək.

Orxan Kərimov

“Creative School” həmtəsisçisi və baş direktoru

Gələcəkdə “Next Level” modelini daha da genişləndirməyi və tələbələrin karyeralarını irəliyə daşıyacaq yeni proqramlar təklif etməyi planlayırıq.

Bu proqramlar iştirakçıların sektordakı rəqabət üstünlüyünü artıracaq və onları öz sahələrində lider pozisiyasına gətirəcək bacarıqlarla təmin edəcək. Bunlarla yanaşı, iştirakçılarımız innovativ düşünmə və problemlərə yaradıcı həll yolları tapma qabiliyyətlərini də inkişaf etdirəcəklər. Başqa sözlə, “Next Level” modeli iştirakçıları təkcə bugünkü iş dünyasında deyil, həmçinin gələcəkdə də uğurlu olmağa hazırlamaq üçün nəzərdə tutulub.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!