Qısa vaxtda böyük addımlarla istedadınızı inkişaf etdirin!

Proqram haqqında

“Skill Sprint” dərsləri təcrübəli fərdlərin biliklərini artırmaq, həmçinin müəyyən sahədə sıfırdan yeni bacarıqlar əldə etməyi arzulayanlar üçün hazırlanmış intensiv dərslərdən ibarətdir. Bu unikal tədris proqramı 2-3 gündən ibarət müddət ərzində 8 və 12 saat arasında dəyişən intensiv dərslər təqdim edərək tələbələrin sürətli və effektiv inkişafa nail olmalarını təmin edir.

Proqramımızın təməlində iştirakçıların kreativ bacarıqlarını maksimum səviyyədə inkişaf etdirmələri üçün nəzərdə tutulmuş seminarlar və master-klaslar dayanır. Bu dərslər yaradıcı düşüncə tərzi, problem həlletmə bacarıqları və innovativ yanaşmaları təşviq edərək iştirakçıların qısa müddətdə mühüm biliklərə yiyələnməsini hədəfləyir. İştirakçılar bu müddət ərzində tamamilə dərslərə fokuslanaraq intensiv öyrənmə və öyrənilənləri tətbiqetmə təcrübəsi yaşayacaqlar.

“Skill Sprint” dərs modeli öz sahəsində kifayət qədər təcrübəyə sahib yerli, eləcə də xarici təlimçilərlə əhatələnib. Müəllimlərimizin rəhbərliyində iştirakçılar sektordakı ən yeni bilikləri, trendləri və texnikaları öyrənəcək, beləcə, qısa zaman ərzində bacarıqlarını yüksək səviyyədə artıracaqlar.

Orxan Kərimov

“Creative School” həmtəsisçisi və baş direktoru

“Skill Sprint” proqramı sayəsində tələbələr onlarla oxşar maraq dairələrinə sahib fərdlərlə tanış olma fürsəti əldə edəcəklər.

Beləcə, onlar nəinki dərslərdə, eləcə də dərsdənkənar mühitdə daim öyrənməyə və yaratmağa həvəsli kollektivin bir parçası olacaqlar. “Skill Sprint” proqramı dərslərə qatılan hər kəsin həm əylənərək, həm də qısa vaxt sərf edərək effektiv nəticə qazanmalarını təmin edəcək şəkildə hazırlanıb. Bu modelin məzmunu daima yenilənir və yeni dərslərin, yeni mövzuların da əlavə edilməsi ilə əsl tədris mühiti yaratmağı hədəfləyir.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!