"Creative School"un təhsil modelində tələbələr nəzəri biliklər əldə etməklə yanaşı, təcrübə keçmək imkanı da əldə edirlər. "Creative School"da tətbiq olunan bu üsul dərslərin daha effektiv öyrənilməsinə yönəlib. Real layihələr üzərində aparılan praktiki işlər isə tələbələrin karyeralarına tam hazır olmalarını təmin edir. Təhsilini bitirən tələbələr müəyyən müddət ərzində mentorların rəhbərliyi altında buraxılış layihəsi üzərində işləyirlər. Layihələr tələbələrlə real təcrübə qazanmağa, şəxsi portfoliolarını tərtib etməyə və uğurlu karyera qurmağa zəmin yaradır.

Buraxılış layihəsi

Buraxılış layihəsi “Creative School”dakı təhsilin yekun layihəsi hesab olunur və çox önəmli əhəmiyyətə sahibdir. Təqdimat təhsil boyunca keçirilən bütün mövzuları özündə cəmləyir. Buraxılış layihəsi tədrisi bitirdikdən sonra portfolionuzu yaradan başlanğıc nöqtəsidir. Bu zaman natiqlik və auditoriya qarşısında çıxış etmə bacarığınız ilə layihənizi ətraflı nümayiş etdirərək gördüyünüz işin gedişatını ifadəli şəkildə izah edə bilirsiniz.

Praktiki tədris metodu

Hər hansı bir peşəni yaxşı bacarmaq üçün yalnız öyrənmək kifayət deyil, gərək öyrəndiklərinizi tətbiq edə bilmə bacarığına da yiyələnib təcrübə toplayasınız. Buna görə "Creative School"un dərs proqramları həm dərs saatlarında, həm də dərs saatlarından kənarda praktika edə biləcəyiniz şəkildə hazırlanıb. Dərs saatlarından əlavə olaraq təşkil olunan "Lab" günlərində müəllim və mentorlarla birlikdə keçirilən mövzular üzrə praktiki məşğələlər üzərində də işləyə bilərsiniz.

Mentor sistemi

Mentor sistemi "Creative School"da tələbələrin təhsildə öyrəndiklərini təkrar etmələrini və gücləndirmələrini təmin edən xüsusi bir sistemdir. Mentorlarımız tələbələrimizin öyrəndiklərini əyani şəkildə tətbiq etmələrinə və mövzunu tam mənimsəmələrinə kömək edirlər. Həmçinin tələbələrimizə tapşırıqların həllində və ya əlavə məşğələlərdə köməklik göstərirlər.


Tədris formaları

1

Kampus – "Creative School"a gələrək dərslərdə birbaşa iştirak edə bilərsiniz.

2

Onlayn kampus – Onlayn qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə iştirak edib tədris proqramımızdan faydalana bilərsiniz.

3

Öz-özünə öyrənmə – İstədiyiniz yerdə və zamanda dərslərimizi əldə edə bilərsiniz. Bunun üçün tək ehtiyacınız olan tək şey internet bağlantısıdır.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!