“Creative School” vasitəsilə yaradıcı bacarıqlara yiyələnmək, onları daha da genişləndirmək istəyən hər kəs birbaşa gələcəyinə yatırım edir. Təbii ki, burada partnyorlarımızın da rolu böyükdür. Partnyorlarımızdan bəziləri ilə tanış olun!

Real dünya ilə iç-içə təhsil

“Creative School” tələbələrinə ən son və iş mühiti ilə əlaqədə olan təhsil təqdim etmək üçün özəl şirkətlər, həmçinin dövlət təşkilatları ilə əməkdaşlıqlar edir. Beləcə, “Creative School” tələbələri saysız fürsətlərdən faydalanma imkanı əldə edir.

Real layihələr üzərində işləmək

Sahənin aparıcı markaları ilə ortaqlıq çərçivəsində tələbələrimiz real layihələr və briflərlə tanış olacaq, bununla da öyrəndikləri nəzəri bilikləri tətbiq edəcəklər.

Sektorun məşhur simaları və rəy sahibləri ilə tanışlıq

Təcrübəli təlimçilərin, həmçinin agentlik və markalardan rəhbər şəxslərin iştirakı ilə baş tutan dərslərimiz sayəsində tələbələr onların təcrübəsindən ilham alır, öyrənir və öyrəndiklərini tətbiq edə bilirlər. Bunun sayəsində “Creative School” tələbələri həm də yaradıcı şəbəkələrini genişləndirərək karyera imkanları da əldə etmiş olurlar.

Staj və iş imkanları

Yaradıcı sahədə karyera qurmağı hədəfləyən tələbələrimiz agentlik və markalarla olan əməkdaşlığımız çərçivəsində öyrəndiklərini real layihələrdə tətbiq etmək və iş mühitinə addım atmaq fürsəti qazanırlar. “Creative School” vasitəsilə yaradıcı bacarıqlara yiyələnmək, onları daha da genişləndirmək istəyən hər kəs birbaşa gələcəyinə yatırım edir. Təbii ki, burada partnyorlarımızın da rolu böyükdür. Partnyorlarımızdan bəziləri ilə tanış olun!


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!