Fotoqrafiya nədir?

Fotoqrafiya sadəcə düyməni sıxıb şəkil çəkməkdən ibarət deyil. Onunla biz emosiyaları çatdırır, hekayə söyləyir və dünyaya kameranın obyektivindən baxırıq. Başqa sözlə desək, fotoqrafiya özü bir sənətdir.

Kursumuzda bu sənətin dərinliklərinə enəcək, onun əsasları, texnikaları və yaradıcı yanaşmaları ilə tanış olacağıq. Buraya kameranın necə işlədiyi, işıq və kompozisiyadan istifadə, şəxsi fotoqrafiya üslubu da daxildir. Studiya və təbii işıqdan istifadə qaydalarını öyrənərək bunları müxtəlif növ praktiki çəkilişlərə tətbiq edəcək, portret, moda, məhsul və yemək çəkilişlərini öyrənəcəyik.


Kimlər üçündür?

Kursumuz fotoqrafiya sahəsində karyeraya başlamaq, peşəkar biliklərə yiyələnib uğur qazanmaq, həmçinin bu sahədə təcrübəsi olan, lakin onu artırmaq istəyən hər kəs üçündür. Bir sözlə, kursumuzun əsas məqsədi yaradıcı sektorun tələblərinə uyğun peşəkarlar yetişdirməkdir. Üstəlik, dərslərdə lazımi avadanlıqları da sizə təqdim edəcəyik.

Kursun sonunda siz:
– müxtəlif növ reklam və sosial media üçün nəzərdə tutulmuş çəkilişlər etməyi bacaracaq;
– tədbirlərdən çəkiliş sifarişləri götürüb qazanc əldə edəcək;
– çəkdiyiniz fotoları “Photoshop”da işləməyi öyrənəcək;
– professional avadanlıqlarla şəxsi çəkilişlər əldə edəcəksiniz;
– öz biznesinizi qurmaqda addımlar atacaqsınız.


Tədris proqramı
(80 saat)

Fotoqrafiya aləminə giriş

Fotoqrafiyanın əsas istiqamətləri və kompozisiya texnikalarının növləri

Kameralar və linzalar

Müxtəlif növ kamera və linzaların növləri, onların xüsusiyyətləri, şəkil formatları, rəng temperaturu və ISO həssaslığı

Gündəlik həyatda fotoqrafiya

Açıq havada mənzərə çəkilişləri, təbii işıqda portret çəkilişləri və gecə saatlarında çəkiliş praktikası

İşıq

İşıqlandırmanın növləri və xüsusiyyətləri, əlavə işıqdan və studiya avadanlığından istifadə, işıq başlıqlarının testləri

Model ilə praktiki dərslər

Studiyada portret və dəb çəkilişi sxemləri. Açıq havada təbii və süni işıqla, studiyada isə impulslu və sabit işığın qarışığı ilə çəkiliş. Stilist, vizajist və saç stilisti ilə birgə iş

Məhsul çəkilişi ilə bağlı praktiki dərslər

Məhsul fotoqrafiyasının növləri və çəkiliş sxemləri. Yemək, maye və şüşə obyektlərin çəkiliş texnikası

“Photoshop” əsasları

“Camera RAW”da kadrların düzgün ixrac edilməsi, ekspozisiya, rəng, kontrast, tonallıq və ağ balansın korreksiyası. Faylların saxlanılması və onların “Photoshop”da tənzimlənməsi. Süni intellektdən istifadə

Professional fotoqrafdan məsləhətlər

Fotoqraf avadanlıqları, pul qazanmaq və müştəri tapmaq, düzgün portfolio hazırlamaq


Müəllimlər

"Fotoqrafiya" proqramı üzrə müəllimimiz 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olan və şəxsi fotostudiyaya sahib Ruslan Nəbiyevdir. O, burada 15 ildən çox qazandığı təcrübəni, bilik və faydalarını, fotoçəkilişlərin sirlərini tələbələrlə bölüşəcək.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!