Kreativ məzmun yaradılması nədir?

Rəqəmsal dünyada unikal məzmunlar yaratmaq və yaratdığınız kontentlərlə önə çıxmaq çox vacibdir. “Creative School”un “Kreativ məzmun yaradılması” kursunda tələbələrimiz müxtəlif məzmun növləri ilə tanış olacaq, araşdırma və konsept qurmaq haqqında texnikaları öyrənəcək, sıfırdan məzmun yaradacaq və düzgün kommunikasiya kanalını seçəcəklər. Üstəlik, sosial media optimizasiyası, statistika analizi və markalarla əməkdaşlıq kimi mövzularda biliklərə yiyələnəcəklər.


Kimlər üçündür?

Kursumuz yaradıcı məzmun dünyasına yenicə giriş edən, hazırda məzmun yaradıcısı kimi fəaliyyət göstərib özünü təkmilləşdirmək istəyən, markaları üçün unikal və diqqətçəkən kontent hazırlamağı hədəfləyən sahibkarlar, tələbələr və sosial media ilə maraqlanan hamı üçündür.


Tədris proqramı
(60 saat)

⁠Kreativ məzmun nədir? Kreativ məzmun yaradıcılığı və onun növləri

Kreativ məzmunu necə müəyyən etmək olar? Kreativ məzmunun ən məşhur növləri və Azərbaycanda ən çox istifadə edilən məzmunlar. Foto, video, mətn yazarlığı və podkastlarla tanışlıq

Yaradıcı məzmun üçün araşdırma etmək və konsept hazırlamaq

Biz kimik və nə üçün məzmun yaradırıq? Yaratmaq istədiyimiz məzmuna olan tələbat hansı səviyyədədir? Hansı məzmun bizə pul qazandıra bilər? Yaradıcı məzmuna uyğun ən yaxşı formatın təyin edilməsi və konseptin yaradılması

Kreativ məzmun yaradılması

Bir məzmunun ərsəyə gəlmə prosesində yer alan bütün mərhələlər: mətn yazarlığı, işıq, avadanlıq seçimi. Sıfırdan məzmun yaratmaq üçün bizə nə lazımdır?

⁠Kreativ məzmunun yayımlanması və düzgün kommunikasiya kanalları

Yaradılan məzmun üçün ən uyğun platforma necə təyin edilir? Kreativ məzmunu platformalara uyğun olaraq necə optimizasiya etmək və yayımlamaq lazımdır?

Kreativ məzmunun sosial media kanallarına uyğun optimizasiyası

Yaradılan məzmunun sosial media vasitəsilə yayımlanması. Paylaşım zamanı açar sözlərin təyini, trendlərin analizi, cəlbedici başlıq və üzlük fotolarının hazırlanması və reklam strategiyaları

Statistika və nəticələrin təhlili

Yayımlanan məzmunun statistikasının analiz və təhlili. İzləyicilər tərəfindən gələn reaksiyaların analizi. Nəticələrə uyğun olaraq məzmunda dəyişiklik və tələbat analizi

⁠Məzmundan pul qazanmaq üsulları və brendlərlə əməkdaşlıq

Hazır məhsulu və yaradılan məzmunu necə satmaq olar? Məhsulunuzun hədəf kütləsi və əsas müştəriləri kimdir?


Müəllimlərimiz

“Kreativ məzmun yaradılması” proqramı çərçivəsində müəllimimiz Azərbaycanın ən böyük texnologiya media agentliyi olan “Technote” şirkətinin təsisçisi Fərid Pərdəşünasdır. O, burada uzun illər nəticəsində ərsəyə gətirdiyi uğurlu işlər haqqında danışacaq, həmçinin bilik və təcrübələrini tələbələrə ötürəcək.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!