Ruslan Nəbiyev

Fotoqraf

Portfolio

Fotoqrafın peşəsi təkcə yaradıcı iş deyil, o, bizim və gələcək nəsillər üçün zamanın dondurub saxlamaq sənətidir. Mən həmişə deyirəm ki, fotoqrafiya illər keçdikcə daha da dəyərli olur. Ümumiyyətlə, fotoqrafiya müxtəlif peşə sahibləri ilə yeni tanışlıqlar dünyasına maraqlı səyahət, eləcə də maraqlı yerləri ziyarət etmək imkanıdır. Fotoqrafın işində fotoaparatla işləmək bacarığından əlavə işığı anlamaq da vacibdir. Kreativlik və gözəlliyi görmək bacarığı da eyni dərəcədə vacibdir.


Müəlliminizi tanıyın

2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğuldur, şəxsi fotostudiyası var. Bir çox jurnal, məşhur müğənni və aktyorlarla işləyir. Lüks geyim brendləri, tanınmış zərgərlik, mobil operatorlar, banklar, hotellər, mağazalar və restoranlar üçün kommersiya fotoları çəkir. Bir neçə reklam agentlikləri ilə əməkdaşlıq edərək müxtəlif yerli və xarici brendlər üçün fotoçəkilişlər həyata keçirir. Bir neçə il əvvəl fototəlimlər keçməyə başlamışdır.  


Tədris etdiyi proqram

Fotoqrafiya

80 saat | Campus

Fotoqrafiya sadəcə düyməni sıxıb şəkil çəkməkdən ibarət deyil. Onunla biz emosiyaları çatdırır, hekayə söyləyir və dünyaya kameranın obyektivindən baxırıq. Başqa sözlə desək, fotoqrafiya özü bir sənətdir. Kursumuzda bu sənətin dərinliklərinə enəcək, onun əsasları, texnikaları və yaradıcı yanaşmaları ilə tanış olacağıq. Buraya kameranın necə işlədiyi, işıq və kompozisiyadan istifadə, şəxsi fotoqrafiya üslubu da daxildir. Studiya və təbii işıqdan istifadə qaydalarını öyrənərək bunları müxtəlif növ praktiki çəkilişlərə tətbiq edəcək, portret, moda, məhsul və yemək çəkilişlərini öyrənəcəyik.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!