Nəhayət, reklam sahəsinə, yaradıcılığa yeni nəfəs gətirəcəyini elan edən “Creative School” fəaliyyətə başladı. Aprel ayında dərs proqramı və müəllimləri ilə tanış olduğumuz məktəbə yaradıcı sahədə karyera qurmaq istəyən bütün həvəsli gənclər qoşula bilər.
“Creative School”da yerli kreativ agentliklərin rəhbərləri, eləcə də öz sahəsində özünü təsdiqləmiş videoqraflar, fotoqraflar və dizaynerlər dərs keçəcək. Məktəbin dərs proqramı isə 3 tipdə fəaliyyət göstərəcək ki, bunlara “Zero to Hero”, “Next Level” və “Skill Sprint” daxildir. Dərslər isə “Mətn yazarlığı və kreativ konsept yaratmaq”, “Bədii rəhbərlik (Art Direction)”, “Kreativ məzmun yaradılması”, “Fotoqrafiya” və “Videoqrafiya” olmaqla yaradıcı sektorun bütün sahələrini əhatə edəcək.
“Creative School” uğurlu müəllim heyəti və geniş tədris proqramı ilə gənclərə təkcə nəzəri bilikləri öyrətməyi yox, həmçinin onları real təcrübə ilə tanış etməyi də hədəfləyir. Burada gənclər real layihələrdə iştirak edəcək və öyrəndiklərini tətbiq etməyə başlayacaqlar. Üstəlik, “Creative School”u bitirən gənclərin iş həyatını düzgün qurmaq üçün karyera planlaması üzrə mütəxəssislər də məktəbimizə cəlb olunub.
Siz də yaradıcı sektorun bir parçası olmaq, bu sahədə uğur qazanmaq üçün elə indi məktəbimizə müraciət edə, əlavə suallarınızı çəkinmədən bizə ünvanlaya bilərsiniz.