“Hackvertising” adından da göründüyü kimi, reklamla prosesi “hack” etməyin üsuludur. Bu cür reklamlar asanlıqla viral ola bilmək qabiliyyətinə malikdir.

“Hackvertising” üslubunda uğurlu reklam yaratmağın ən yaxşı yolu pop mədəniyyətə sızmaqdır. Yəni bir kompüter hakeri kimi reklamçılar da xalqın mədəniyyətini, var olan qəlibləri, situasiyaları, baş verə biləcək halları, qayda və qanunları yaxşı analiz edə bilməli və ondan ağıllı fomrada istifadə etməlidir. Digər reklam növləri kimi bunun da vahid bir düsturu yoxdur, markadan, mövzudan çox şey asılıdır.

Bunun üçün bu üslubda hazırlanmış kampaniyalara çox baxmaq lazımdır. Bu fəsildən olan ən sevdiyim kampaniyanı aşağıda sizinlə bölüşürəm.

CASHBACK FOR YOUR JERSEY’S BACK

İzləyərkən bu kampaniyanı edən reklamçıları dahi adlandırmamaq olmur. Bir sözlə, möhtəşəmdir! 

Hər kəsə braziliyalıların futbolu necə sevdikləri məlumdur. 2022-ci ildə baş verən inflyasiya nəticəsində qalxan qiymətlərdən sonra Braziliya milli formasının qiyməti də yüksələrək 350 USD olmuşdu. Bu qiymət həmin dövrdə braziliyalılar üçün çooox baha idi. Amma həyəcanla FİFA Dünya Kubokunu gözləyən azarkeşlər bu formanı əldə etmək istəyirdi. 

“Flash” isə balaca, FİFA-nın yanından belə keçə bilməyən, lakin böyük “awareness”ə ehtiyacı olan bir kart şirkəti idi. Bu dövrdə “Flash” “hackvertising” üsulundan istifadə edərək dahiyanə kampaniyasına start verdi.

Öz kartları ilə bu formanı alan şəxslərə 50 % keşbek verdi, amma saaadəcə bir şərti var idi: formanın arxasına “Flash” adını yazdırmaq. Və budur, bütün sosial media, Braziliya yarı qiymətinə formanı aldı və “Flash”i ölkəyə tanıtdı. Hətta o qədər satış oldu ki, bir neçə gün sonra “Nike” formanı alarkən “customize” hissəsində “Flash” sözünü qadağa etdi. Amma “Flash” dayanmadı. 

Qeyd edim ki, bu kampaniya “FCB Brasil” agentliyi tərəfindən edilib və 2023-cü ildə Kann Yaradıcılıq Festivalında “Social and influencer” kateqoriyasında qızıl medal alıb.