Öyrənək.
İlhamlanaq. Yaradaq.

Bütün sektorlarda innovasiyanın və iqtisadi inkişafın əsas səbəbkarı məhz yaradıcı sənayedir. Hazırda isə bu sənaye istedad azlığı ilə üzləşir. İstedadlı və yaradıcı insanlara tələb təklifi geridə qoyur və bu da öz növbəsində markaların ehtiyac duyduğu kreativləri tapmaqda çətinlik çəkməsinə səbəb olur.

"Code Academy" ilə əməkdaşlıq çərçivəsində hədəfimiz bu boşluğu doldurmaq və istəkli, gənc, yaradıcı liderlərə dəstək olmaqdır, çünki “Creative School” yaradıcılığın parlaq gələcəyə sahib olduğuna inanır!

Hədəf və dəyərlərimiz

Biz “Creative School”da tələbələri dünya standartında dərslərlə təmin edərək yaradıcılıq üzrə tədris mərkəzləri arasında birinci olmağı hədəfləyirik. Bununla yanaşı, bizim dəyərlərimizə yaradıcılığın çiçəkləndiyi inklüziv topluluq yaratmaq və gələcəyi istiqamətləndirən kreativ əməkdaşlıqlara imza atmaq da daxildir.

Yanaşmamız

Biz yaradıcılığın öyrənilə bilən və təkmilləşdirilən bir istedad olduğuna inanırıq. Bu da yanaşmamızın aşağıdakı kimi formalaşmasına səbəb olur.


Üstünlüklər

Sektorla ayaqlaşan kurikulum

Dərslərimiz yaradıcı sektorda fəaliyyət göstərən təlimçilərin iştirakı ilə həyata keçirilir. Bu, tələbələrin real iş mühitində ehtiyacı olacaq bacarıqları öyrənməsini təmin edir.

Təcrübəli heyət

Təlimçilərimiz uzun müddətdir ki, yaradıcı sektorda fəaliyyət göstərən rəhbər şəxslər, eləcə də rəy sahiblərindən ibarətdir.

Praktiki öyrənmə

“Ən yaxşı təhsil onu tətbiq etməkdir”, — deyib tələbələrimizin real layihələrdə iştirakını təmin edirik. Beləcə, onlar təlimçilərdən xüsusi rəylər alır və özlərini daha da inkişaf etdirə bilirlər.

Komanda və əməkdaşlıq mühiti

Bir-birinə dayaq olan və komanda ruhlu mühit yaradaraq tələbələrimizin qarşılıqlı olaraq ideyalarını bölüşməsinə, öyrənməsinə dəstək oluruq.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!