Təkbətək görüş əsasında karyera məsləhəti verilir.
Sektorun ehtiyacına uyğun seminarlar təşkil edilir.
Şəxsi portfolionun hazırlanmasına dəstək olunur.
CV-nin hazırlanma mərhələsində köməklik göstərilir.
Şirkətlər (rəhbərlər və HR mütəxəssisləri) ilə əlaqələr qurulur.
"Karyera və talant mərkəzi"nin əsas xüsusiyyətlərindən biri tələbələrə, məzunlara iş axtarışında dəstək olmaqdır. Mərkəz tələbələrimizi mövcud iş təklifləri barədə məlumatlandırır və onlara uyğun olan işlərə yönləndirir. Bundan əlavə, "Creative School"a işçi ehtiyacı üçün müraciət edən şirkətlərə və şəxslərə tələbələr haqqında məlumat verilir, sahib olduqları bacarıqlara uyğun işlərə yönləndirilir.
Hər bir uğurun, görülən işin texniki tərəfi olduğu kimi, onun qarşıdakılara çatdırılma, təqdim olunma hissəsi var. "Karyera və talant mərkəzi" iş müsahibəsinə dəvət alan tələbələrimizə intervülərdə özünü düzgün şəkildə təqdim edərək uğur qazanmaları üçün dəstək göstərir. Burada bədən dili, fikri ifadə etmə bacarığı, insanları yeni ideyaya inandırma qabiliyyəti izah edilir.
"Karyera və talant mərkəzi"ndə tələbələr effektiv təqdimatın hazırlanması, təqdim edilməsi, səlis nitq bacarıqlarına yiyələnmənin nəzəri əsaslarını öyrənirlər. Beləcə, tələbələrimiz texniki və ixtisas biliklərindən əlavə təqdimat bacarıqlarına da yiyələnərək peşəkar kadr olaraq formalaşırlar.
"Karyera və talant mərkəzi"ndə tələbələrimizin şəxsi inkişafı və gələcək iş həyatına hazırlığı kimi mühüm mövzularda təlimlər keçirilir. Uğurlu nümunələrin köməyi ilə yaxşı CV hazırlamağın yolları və müsahibəyə psixoloji, praktiki və görünüş (geyim) baxımından hazırlıqlardan bəhs olunur.
Biz yalnız mütəxəssislər deyil, həm də sahənin peşəkarlara olan ehtiyacını qarşılayacaq məzunlar hazırlayırıq. Şirkətiniz üçün axtardığınız bilik və bacarıqları bizə bildirin, sizi məzunlarımızla əlaqələndirək.
Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!