Ersel Serdarlı

İcraçı Direktor

LinkedIn

İnsanların özlərini və dünyanı daha yaxşı bir yerə çevirməsi üçün ən yaxşı üsullardan biri yazmaqdır.


Müəlliminizi tanıyın

Mətn və reklam yazarlığına 1997-ci ildə “Cenajans GREY” agentliyində başlayan Ersel Serdarlı bir çox yerli və beynəlxalq marka ilə işləyərək uğurlu layihələrə imza atıb. 2000-ci ildə isə reklam karyerasına kiçik fasilə verib və Erkin Korayın orkestrində çıxış etməyə başlayıb. Bununla yanaşı, ABŞ-də Fairleigh Dickinson Universiteti və Passaic Kollecində yaradıcı mətn yazarlığı və “video production” təhsili aldığı zaman Shovelhead və Maia muqisi qrupları ilə işləmək fürsəti də əldə edib. İstanbula qayıdandan sonra “Cenajans”, “Meta”, “Drive Dentsu” və “Bandit” reklam agentliklərində kreativ direktor olmuş Ersel hazırda “FCB Artgroup Baku” agentliyinin baş direktoru və kreativ rəhbəri kimi fəaliyyət göstərir. Rəhbərlikdən əlavə, o, Bilgi və Mərmərə Universitetlərində reklam yazarlığı və kreativ proseslə bağlı təlimlər və seminarlar keçib, konfranslarda iştirak edib. Reklam fəaliyyəti ilə paralel olaraq Serdarlı ondan çox tamaşa üçün musiqilər bəstələyib, Sertab Erener, Ferhat Göçer, Müslüm Gürses, Demir Demirkan və Fatma Turgut kimi məşhurlar üçün 50-dən çox mahnı yazıb. Bunlarla kifayətlənməyən Ersel “Söz Müzik Ersel Serdarlı” və “İki” adlı musiqi albomlarının, “Reklam Yazmak”, “Birinci Bölümün Sonu” və “Meyhane Erbabının El Kitabı” kitablarının müəllifidir.


Tədris etdiyi proqram

Mətn yazarlığı və kreativ konsept yaratmaq

120 saat | Campus

Kopiraytinq məhsul və xidmətin reklamında istifadə olunan mətn və ideyaların yaradılması, yazılması prosesidir. Mətn yazarlığı reklam sahəsinin önəmli bir iş qolu olaraq hazırda bütün şirkətlər, marketinq komandaları və startaplar üçün yüksək əhəmiyyət kəsb edən bir iş sahəsinə çevrilmişdir. Yazılmışan mətnlər, yaradılan ideyalar isə auditoriyaya təsir etmək və brendin dəyərini artırmaq üçün effektiv olmalıdır. Kopiraytinq yaradıcı düşünmə bacarıqları ilə yanaşı, yaşadığımız mədəniyyəti, brendin marketinq strategiyalarını və hədəf auditoriyanın ehtiyaclarını anlamaq üçün təcrübə tələb edir. Mətn yazarlığının müasir sahələrdə ən çox istifadə üsullarından biri məhz kreativ konsept yaratmaqdır. Sözün əsl mənasında fərqlilik yaradan konsepsiya biznes nəticələrində, brendin etibarında və reputasiyasında, məhsulun yerləşdirilməsində böyük dəyər yaradır. Buna görə də yaradıcı konsept qurmaq bacarığına yiyələnən şəxslər peşəkar karyeralarında sürətli şəkildə inkişaf edə bilirlər.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!