Fərid Rzazadə

Multidisiplinar Dizayner

LinkedIn

Karyeramın ilk günlərindən indiyə qədər dizayna təkcə iş kimi yox, eyni zamanda həyat tərzi kimi yanaşmışam. Dizayner hər zaman təkcə ixtisaslaşdığı dizayn sahəsi ilə deyil, bütün dizayn sahələrilə maraqlanıb, araşdırmalar etməlidir. Bir sözlə desək, sən hər zaman trenddə qalmalısan. Bu prinsiplə də artıq illərdir ki, həm öyrənirəm, həm də öyrədirəm. Müəllim olmağın ən gözəl xüsusiyyətlərindən biri də elə budur.


Müəlliminizi tanıyın

Fərid Rzazadə Azərbaycan Dövlət İqtisad universitetinin Marketing və Kommersiya ixtisası üzrə təhsil almışdır. 15 ildən çoxdur ki, dizayn sahəsində fəaliyyət göstərir. Dizayn fəaliyyətinə Veb dizayner olaraq başlasa da, daha sonra Qrafik dizayn sahəsinə yönəlmişdir. Karyerasının ilk vaxtlarında müxtəlif dizayn studiyalarında Qrafik və Veb dizayner kimi, 2014-2019-cu illərdə isə DDB və FCB qlobal reklam agentliyində Art direktor vəzifəsində işləmişdir. Daha sonra Uptime reklam agentliyində Kreativ direktor olaraq karyerasına davam etmişdir. 2020-2022-ci illərdə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Kontakt Home-da işləmişdir. Bundan başqa bu illər ərzində Fərid Azercell, Bakcell, Azərbaycan Hava Yolları, Paşa Bank, Kapital Bank, Access Bank, Xırdalan, Bravo, Saffron Group, Topaz, InvestAz kimi yerli, Unilever, Audi, Volkswagen, Mcdonald’s, Holcim, Coca-Cola, Starbucks, Entree və Beeline kimi qlobal şirkətlərlərlə də işləmişdir. O, Azercell və AZAL markalarının rebranding prosesində agentlik adından Dizayn və Art istiqaməti üzrə menecer rolunu uğurla icra etmişdir. Əlavə olaraq Kontakt markasının isə rebranding prosesindən sonra yaradıcı və dizayn kommunikasiyasını formalaşdırmışdır. 23 may 2022-ci ildən etibarən Code Academy-də Korporativ Dizayn rəhbəri, eyni zamanda Qrafik və Veb Dizayn müəllimi kimi rol almışdır. Hal-hazırda isə Code Academy-də Qrafik dizayn və Vizual Kommunikasiyalar tədris proqramının rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.


Tədris etdiyi proqram

Bədii rəhbərlik (Art Direction)

60 saat | Campus

Bədii rəhbərlik vizual kommunikasiya və dizayn layihələrinin arxasında duran strateji və yaradıcı istiqamətlənməni əhatə edir. Bu isə konseptləri dizayn ilə birləşdirərək vizual alətlər vasitəsilə hekayə söyləmək sənətidir. Bədii rəhbərlər, yəni art direktorlar reklamın, filmin, rəqəmsal medianın və çapın vizual hissələrini hazırlayaraq tipoqrafiyadan təsvirə qədər hər bir elementin nəzərdə tutulan mesajının və emosiyasının ardıcıl şəkildə çatdırılmasını təmin edir. Art direktorların işi marketinq strategiyalarını təsirli vizual həllərə çevirməkdən, eləcə də layihələrin estetik bütövlüyünü və məqsədlərini qorumaqla ideyaları həyata keçirmək üçün yaradıcı komandalara rəhbərlik etməkdən ibarətdir.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!