Fərhad Şabanov

İcraçı Direktor

LinkedIn

“Hər şeyin bir hekayəsi var, hər hekayənin də bir yaradıcısı. Bu məktəbdə hekayə yaratmağı öyrənəcəyik. Düşünürəm ki, hekayəmiz sadə və axıcı olmalıdır. Elə ən çətini də sadə olanı düşünməkdir. Bu çətinliyin öhdəsindən birlikdə gələcəyik”.


Müəlliminizi tanıyın

Fərhadın beynəlxalq təcrübəsi “Endorphin” reklam agentliyinin böyüməsində və inkişafında böyük rol oynayıb. O, reklam sektorundakı fəaliyyəti boyunca "P&G", “Unilever”, “Ferrero”, “Coca-Cola”, “Toyota”, “Mastercard”, “Formula 1” kimi bir çox qlobal markalarla işləyib. Bunlarla yanaşı, "Azercell", “Bakcell”, “Kapital Bank”, "Pasha Holding" və saysız yerli brendlər üçün marketinq kommunikasiyalarının hazırlanmasında aktiv iştirak edib. Dəqiqlik, məsuliyyət və peşəkarlıq kimi sözlər onu izah etməyə kömək edə bilər. Hər kəslə eyni dalğada olmaq bacarığı sayəsində kreativ prosesdən çox müştərilərlə işə yönəlməsinə baxmayaraq Fərhad hələ də “Endorphin”in yaradıcı gücündə aparıcı rola sahibdir. Son illərdə qazanılan bir çox beynəlxalq mükafatlarda onun birbaşa rolu var.


Tədris etdiyi proqram

Mətn yazarlığı və kreativ konsept yaratmaq

120 saat | Campus

Kopiraytinq məhsul və xidmətin reklamında istifadə olunan mətn və ideyaların yaradılması, yazılması prosesidir. Mətn yazarlığı reklam sahəsinin önəmli bir iş qolu olaraq hazırda bütün şirkətlər, marketinq komandaları və startaplar üçün yüksək əhəmiyyət kəsb edən bir iş sahəsinə çevrilmişdir. Yazılmışan mətnlər, yaradılan ideyalar isə auditoriyaya təsir etmək və brendin dəyərini artırmaq üçün effektiv olmalıdır. Kopiraytinq yaradıcı düşünmə bacarıqları ilə yanaşı, yaşadığımız mədəniyyəti, brendin marketinq strategiyalarını və hədəf auditoriyanın ehtiyaclarını anlamaq üçün təcrübə tələb edir. Mətn yazarlığının müasir sahələrdə ən çox istifadə üsullarından biri məhz kreativ konsept yaratmaqdır. Sözün əsl mənasında fərqlilik yaradan konsepsiya biznes nəticələrində, brendin etibarında və reputasiyasında, məhsulun yerləşdirilməsində böyük dəyər yaradır. Buna görə də yaradıcı konsept qurmaq bacarığına yiyələnən şəxslər peşəkar karyeralarında sürətli şəkildə inkişaf edə bilirlər.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!