İlham Əkbərli

Kopirayter, Kreativ Direktor, Təsisçi

LinkedIn

İnanıram ki, həyatda ancaq həyəcan duyduğun istiqamətdə faydalı ola bilərsən. Məni isə hər dəfə boş ağ səhifəyə baxmaq həyəcanlıdırır. “Görəsən, bu dəfə nə alınacaq?” sualı illər keçsə də, hələ də mənə təkan verir. Bu suallara yaradıcı komandayla birlikdə cavab tapmaq isə daha da maraqlı olur. İndi isə bütün tapdığım cavabları, həlləri paylaşmağın vaxtıdır. Kreativlik öyrətmək çətin olsa da, kəşf etmək mümkündür.


Müəlliminizi tanıyın

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirsə də, bu istiqamətdə heç fəaliyyət göstərməyib. İlham Əkbərli universiteti bitirdikdən dərhal sonra kopirayter olaraq "Totem" agentliyində çalışmağa başlayıb. Daha öncə yazdığı bloqlar ona riyaziyyatdan ədəbiyyata sürətli keçid etməyə imkan yaradıb. "Totem" agentliyində başlayan karyerası İstanbul əsaslı "Genna" agentliyində davam edib. Qısa müddətlik olsa da, agentlikdən müştəri tərəfinə də keçid edib və "Nar" şirkətində marketinq mütəxəssisi olaraq çalışıb. Karyerasının əsas dövründə isə "FCB Artgroup" şirkətində öncə baş kopirayter, daha sonra isə kreativ direktor olaraq həm Azərbaycanın, həm də region ölkələrinin iri brendlərinə xidmət göstərib. 10 illik macəranın sonunda isə "Ağıllı Nağıllar" agentliyini təsis edib və artıq 4 ildir ki, komandası ilə birlikdə fərq yaratmağa çalışır. Paralel olaraq "Hogarth Worldwide" şirkətində də frilans kreativ direktorluq fəaliyyətinə davam edir.


Tədris etdiyi proqram

Mətn yazarlığı və kreativ konsept yaratmaq

120 saat | Campus

Kopiraytinq məhsul və xidmətin reklamında istifadə olunan mətn və ideyaların yaradılması, yazılması prosesidir. Mətn yazarlığı reklam sahəsinin önəmli bir iş qolu olaraq hazırda bütün şirkətlər, marketinq komandaları və startaplar üçün yüksək əhəmiyyət kəsb edən bir iş sahəsinə çevrilmişdir. Yazılmışan mətnlər, yaradılan ideyalar isə auditoriyaya təsir etmək və brendin dəyərini artırmaq üçün effektiv olmalıdır. Kopiraytinq yaradıcı düşünmə bacarıqları ilə yanaşı, yaşadığımız mədəniyyəti, brendin marketinq strategiyalarını və hədəf auditoriyanın ehtiyaclarını anlamaq üçün təcrübə tələb edir. Mətn yazarlığının müasir sahələrdə ən çox istifadə üsullarından biri məhz kreativ konsept yaratmaqdır. Sözün əsl mənasında fərqlilik yaradan konsepsiya biznes nəticələrində, brendin etibarında və reputasiyasında, məhsulun yerləşdirilməsində böyük dəyər yaradır. Buna görə də yaradıcı konsept qurmaq bacarığına yiyələnən şəxslər peşəkar karyeralarında sürətli şəkildə inkişaf edə bilirlər.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!