Knyaz Yaqubov

Art Direktor

LinkedIn

Mən düşünürəm ki, dizaynın nəzəriyyəyə ehtiyacı yoxdur. Amma dizaynerlərin nəzəriyyəyə ehiyacı mütləq var.


Müəlliminizi tanıyın

Knyaz 15 ildən çoxdur ki, dizayn sahəsində fəaliyyət göstərir. Müxtəlif mətbəələrdə, reklam şirkətlərində, Safaroff Creative Agentliyində qrafik və veb dizayner olaraq fəaliyyət göstərmiş, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində dizayn rəhbəri vəzifəsində çalışmışdır. Bu günə qədər bir çox bootcamp-larda iştirak edib və bir çox dizayn müsabiqələrinin qalibi olmuşdur. Adobe Certified Expert (ACE) ünvanına sahib olan Knyaz Yaqubov 2017-ci ildən Code Academy komandasına qoşulub. Qrafik və Veb Dizayn tədris proqramı üzrə instruktoru olmuş Knyaz, hal-hazırda isə UX/UI Dizayn proqramının rəhbəri və instruktorudur. 2020-ci ildə həmtəsisçilərindən olduğu MARKA dizayn studiyasında fəaliyyətini davam etdirir.


Tədris etdiyi proqram

Design Thinking

8 saat | Campus

“Design Thinking” istifadəçi mərkəzli yanaşmaya əsaslanan və innovativ problemlərin həllinə yönəlmiş metodologiyadır. Prosesə istifadəçilərin ehtiyaclarını anlamaq üçün empatiya quraraq başlayırıq. Daha sonra isə yaradıcı ideyalarla həll tapmağı hədəfləyirik. Təlimlərimizdə iştirakçılar “Design Thinking” prosesinin beş əsas mərhələsini praktiki məşqlərlə öyrənir: empatiya, problemin tərifi, ideyalaşdırma, prototipləşdirmə və test. Bu yanaşma yalnız məhsul və ya xidmət dizaynında deyil, həmçinin gündəlik iş problemlərinin həllində və komandadaxili əməkdaşlığın gücləndirilməsində də olduqca effektivdir. Təlim sonunda iştirakçılar həm yaradıcılıqlarını inkişaf etdirir, həm də kompleks problemlərə müasir yanaşma metodlarını mənimsəyirlər.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!