Nihad Aliyev

Multichannel Influencer

LinkedIn

Artıq insanların sosial şəbəkələrdə keyfiyyətli videolar görməsinin əsl vaxtıdır, elə isə göstərməyə başlayaq!


Müəlliminizi tanıyın

2012-ci ildən bəri hobbi kimi başladığı videokontent sahəsi artıq onun əsas işinə çevrilmişdir. İlk başda öz maraqlarına uyğun videolar hazırlayaraq illər ərzində videoqrafiya sahəsində əldə etdiyi təcrübə bir çox yerli və xarici şirkətlər, brendlər, hətta BMT və “Netflix” ilə əməkdaşlıq etməyinə gətirib çıxarmışdır.  
 
Nihad hələ də davam edən bu yolda əldə etdiyi biliklərini və qazandığı təcrübələri “Creative School”da sizinlə bölüşməyə hazırdır.


Tədris etdiyi proqram

Videoqrafiya

80 saat | Campus

Fotoqrafiya şəkil çəkməkdirsə, videoqrafiya da ardıcıl düzülmüş hərəkətli şəkillər vasitəsilə hisslərin, düşüncələrin, hekayələrin ötürülmə üsuludur. Telefonumuzun kamerası ilə gündəlik həyatımızın müxtəlif anlarını lentə almaq belə videoqrafiyanın bir parçasıdır. Təbii ki, bu sahədə sadəcə video çəkə bilmək də bəs etmir. Daha sonra biz çəkdiyimiz video üzərində işləyir, onu film, televiziya, hətta tədbirlərin belə ən gəlirli və önəmli hissəsinə çeviririk. Keçmişdə keyfiyyətli materialın alınması üçün xeyli resursa ehtiyacın olduğu bu sahədə işləmək texnologiyanın inkişafı ilə, başqa sözlə desək, sərfəli avadanlıqlar, hətta cibimizdəki telefonlarla artıq daha əlçatandır.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!