Ravid Kuperberg

Structured Creative Thinking Trainer & Speaker

LinkedIn

Kreativ birinin eşidəcəyi ən mənasız, yararsız, stresli cümlə, yəqin ki, “Çərçivədən kənar düşün...” ola bilər. Əslində, bunun əksi doğrudur. Biz kreativlərə daxilində əylənmək üçün çərçivə verməliyik. Onlara spesifik məhdudiyyətlər və sərhədlər qoymalıyıq ki, onlar öz fikirlərini və düşüncələrini cəmləyib bir yerə toplasınlar. Beləliklə, onların xəyal dünyasını və yaradıcılıqlarını sərbəst buraxa bilərik.


Müəlliminizi tanıyın

Ravid Kuperberg saysız agentlik və brendlə işləyərək brend kommunikasiyaları və reklam üzrə geniş təcrübə toplayıb. O, “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” da daxil olmaqla, bir çox festivallarda, konfrans və tədbirlərdə spiker kimi çıxış edir. “Mindscapes” təcrübəsi boyunca Ravid 35-dən çox sahə üzrə professional yetişdirib və onlar “Mindscapes”in düşüncə alətlərindən istifadə edərək 51 “Cannes Lions” mükafatı qazanıblar.


Tədris etdiyi proqram

Insights on Insights which Make a Difference

16 saat | Campus

Brend kommunikasiyalarında ən çətin tapşırıqlardan biri də güclü insaytı tapıb ortaya çıxarmaqdır. Bu heç kimin haqqında danışmadığı, ya da fərqli şəkildə danışılması lazım olan anlamlı və maraqlı insaytı tapmaq bacarığını tələb edir. “Mindscapes”in təqdim etdiyi bu tədris proqramı reallığa fərqli perspektivlərdən baxmağımıza kömək olacaq bir sıra düşüncə alətlərini özündə birləşdirir. Bu alətlər güclü fikirlərə və hekayələrə ilham verən insaytları tapmaq prosesində köməyə çatır. Başqa sözlə, bu tədris proqramı sadəcə məntiqli yox, həmçinin fərq yaradacaq insaytları ortaya çıxarmağı öyrədəcək. Qeyd: Tədris ingilis dilində keçiriləcək.

Ətraflı

ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!