Rizvan Bağırlı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin bakalavr və magistr pillələrində təhsil almışdır. 20 ilə yaxın müddətdə çap, reklam, brendinq və UI/UX dizaynla məşğul olmuş, ölkənin ən böyük reklam agentliklərində qrafik dizayner və art direktor kimi fəaliyyət göstərmişdir. Bu dövrdə bir sıra yerli və qlobal şirkətlərin vizual kommunikasiyalarının hazırlanması prosesində iştirak etmiş, ölkəmizdə baş tutan böyük beynəlxalq tədbirlərin qrafik dizayneri və art direktoru olmuşdur. Son illərdə qrafik dizaynın fərqli istiqamətlərinin akademik tərəflərini araşdıran Rizvan Bağırlı "Tipoqrafika", "Dizayn şəbəkəsi (grid)" və "Dizaynda kompozisiya" kitablarının müəllifidir. Hazırda Code Academy-də təlimçi, Marka dizayn studiyasının həmtəsisçisi və art direktoru kimi fəaliyyət göstərir. Dünyada dizayn proqramları sahəsinin nəhəngi sayılan Adobe şirkətinin sertifikatlı eksperti və instruktorudur.
Bədii rəhbərlik vizual kommunikasiya və dizayn layihələrinin arxasında duran strateji və yaradıcı istiqamətlənməni əhatə edir. Bu isə konseptləri dizayn ilə birləşdirərək vizual alətlər vasitəsilə hekayə söyləmək sənətidir. Bədii rəhbərlər, yəni art direktorlar reklamın, filmin, rəqəmsal medianın və çapın vizual hissələrini hazırlayaraq tipoqrafiyadan təsvirə qədər hər bir elementin nəzərdə tutulan mesajının və emosiyasının ardıcıl şəkildə çatdırılmasını təmin edir. Art direktorların işi marketinq strategiyalarını təsirli vizual həllərə çevirməkdən, eləcə də layihələrin estetik bütövlüyünü və məqsədlərini qorumaqla ideyaları həyata keçirmək üçün yaradıcı komandalara rəhbərlik etməkdən ibarətdir.
ƏtraflıKaryeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!