2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğuldur, şəxsi fotostudiyası var. Bir çox jurnal, məşhur müğənni və aktyorlarla işləyir. Lüks geyim brendləri, tanınmış zərgərlik, mobil operatorlar, banklar, hotellər, mağazalar və restoranlar üçün kommersiya fotoları çəkir. Bir neçə reklam agentlikləri ilə əməkdaşlıq edərək müxtəlif yerli və xarici brendlər üçün fotoçəkilişlər həyata keçirir. Bir neçə il əvvəl fototəlimlər keçməyə başlamışdır.
Fotoqrafiya sadəcə düyməni sıxıb şəkil çəkməkdən ibarət deyil. Onunla biz emosiyaları çatdırır, hekayə söyləyir və dünyaya kameranın obyektivindən baxırıq. Başqa sözlə desək, fotoqrafiya özü bir sənətdir. Kursumuzda bu sənətin dərinliklərinə enəcək, onun əsasları, texnikaları və yaradıcı yanaşmaları ilə tanış olacağıq. Buraya kameranın necə işlədiyi, işıq və kompozisiyadan istifadə, şəxsi fotoqrafiya üslubu da daxildir. Studiya və təbii işıqdan istifadə qaydalarını öyrənərək bunları müxtəlif növ praktiki çəkilişlərə tətbiq edəcək, portret, moda, məhsul və yemək çəkilişlərini öyrənəcəyik.
ƏtraflıKaryeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!