Design Thinking
nədir?

“Design Thinking” istifadəçi mərkəzli yanaşmaya əsaslanan və innovativ problemlərin həllinə yönəlmiş metodologiyadır. Prosesə istifadəçilərin ehtiyaclarını anlamaq üçün empatiya quraraq başlayırıq. Daha sonra isə yaradıcı ideyalarla həll tapmağı hədəfləyirik. Təlimlərimizdə iştirakçılar “Design Thinking” prosesinin beş əsas mərhələsini praktiki məşqlərlə öyrənir: empatiya, problemin tərifi, ideyalaşdırma, prototipləşdirmə və test. Bu yanaşma yalnız məhsul və ya xidmət dizaynında deyil, həmçinin gündəlik iş problemlərinin həllində və komandadaxili əməkdaşlığın gücləndirilməsində də olduqca effektivdir. Təlim sonunda iştirakçılar həm yaradıcılıqlarını inkişaf etdirir, həm də kompleks problemlərə müasir yanaşma metodlarını mənimsəyirlər.


Kimlər üçündür?

  • Təşkilat rəhbərləri və menecerlər
  • Məhsul və xidmət inkişafı üzrə mütəxəssislər
  • Tələbələr və gənc peşəkarlar
  • UX/UI dizaynerlər
  • Müxtəlif peşə sahələrində çalışanlar

Tədris proqramı
(8 saat)

Bu proqram həm interaktiv, həm də əyləncəli şəkildə keçirilir. Tədris dövründə iştirakçılar real problem həlləri üzərində işləyərək öyrəndiklərini tətbiq edirlər. Bu proqramla siz öyrənəcəksiniz:

Giriş və hazırlıq

“Design Thinking” nədir? Onun önəmi və tətbiq sahələri. 5 mərhələli prosesin təqdimatı (empatiya, problemin tərifi, ideyalaşdırma, prototipləşdirmə, test). İştirakçıların qruplara bölünməsi.

Problem və məqsədlərin təyin olunması

Təlim müddətində araşdırılıdıqdan sonra həll ediləcək problemin qruplara təqdim olunması. Məqsədlərin təyin olunması: Real problem üzərindən ehtimal və fərziyyələrin təyin olunması və prioritetlərin seçilməsi (praktiki tapşırıq).

Empatiya və problemin tərifi

İstifadəçilərin ehtiyaclarını anlamaq üçün sorğu və müşahidə metodları (praktiki tapşırıq). Tapılan məlumatları analiz edərək problemi dəqiq ifadə etmək (təqdimat).

İdeyalaşdırma

Beyin fırtınası, innovativ həllərin təklif olunması (praktiki tapşırıq). Ən uyğun və reallaşdırıla bilən ideyaların qrupla seçilməsi (praktiki tapşırıq).

Prototipləşdirmə və test

Kağız, karton və ya digər materiallarla ilkin prototipin hazırlanması (praktiki tapşırıq). Prototiplərin digər qruplar tərəfindən test etməsi və təkliflər irəli sürməsi.

Nəticə və bağlanış

Təlimin xülasəsi və əsas öyrənilənlər. İştirakçılara sertifikatların təqdim edilməsi.


Müəllimlərimiz


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!