Effektiv Təqdimat:
İdeyadan Dizayna nədir?

Hazırkı dövrdə informasiya texnologiyaları və sürətli məlumat bölgüsü məişət və iş həyatımızın mərkəzindədir. Davamlı olaraq informasiya qəbul edir və onu digərlərinə ötürürük. Bu məlumat alış-verişi, başqa bir sözlə, kommunikasiya vasitələrinindən biri olan vizual təqdimatdır. Vizual təqdimatlar müxtəlif adlandırmalarla bütün sahələrdə (biznes və ya qeyri-biznes) istifadə edilir.
Məlumat mübadiləsini effektiv etmək üçün təqdimatlar struktur və vizual qaydalara uyğun hazırlanmalıdır. Peşəkar Təqdimat Dizaynı (PTD) təlim proqramında vizual təqdimatlara professional və praktiki yanaşmanı öyrənəcək və biliklərimizi tətbiq edəcəyik.


Kimlər üçündür?

PTD proqramına qoşulan iştirakçılar effektiv və yaddaqalan təqdimat hazırlamaq üçün əsas bacarıqlara yiyələnəcəklər. Bu proqram həm peşəkar mühitdə təqdimat bacarıqlarını artırmaq, həm də təlimçi və müəllim kimi öyrətmə metodlarını təkmilləşdirmək üçün olduqca faydalıdır. Tədris, həmçinin tələbə olaraq, akademik və karyera yolunda uğur əldə etmək üçün əhatəli yanaşma təklif edir.

  • Vizual təqdimat hazırlayan hər kəs
  • Startapçılar, analitiklər, satış mütəxəssisləri, mühəndislər, müxtəlif səviyyəli menecerlər, həkimlər, müəllimlər, tələbələr və s.

PTD kurs modulları:

Tədris boyunca nümunələr “PowerPoint” proqramında təqdim ediləcək. Lakin iştirakçılar istənilən vizual təqdimat proqramından (Google Slides, Keynote, Prezi və s.) istifadə edə bilərlər. Həmçinin bəzi hallarda “Google Sheets” və “Excel” üzərində də çalışmalar aparılacaq.

Vizual təqdimat barəsində

Vizual Təqdimat haqqında, növləri və istifadə yerləri

Tipoqrafika

Tipoqrafikanın önəmi; şriftləri tanıyaq; şriftlərin istifadəsi ilə “UX” prinsipləri

Rəng seçimləri

Təqdimatlarda rənglər; rəng standartı; rəng nəzəriyyəsi; rəng palitrası; rəng fəlsəfəsi

Vizual elementlər

Vizuallarla bağlı 4 qayda; foto/video resurslar; mətn və vizualların birgə istifadəsi; foto məzmunun redaktə edilməsi və manipulyasiya; ikon və simvollar

Slayd strukturu

Slayd strukturu “McKinsey” və “BCG” standartları; slaydda kontrast; təqdimatda məlumatın məntiqi axışı; slaydda bütövlük; yönləndirmə və şəbəkələrlə iş; elementlərin yaxınlığı yanaşması; boş sahənin istifadəsi

Verilənlərin vizuallaşması

Geştalt prinsipinin verilənlərin vizuallaşmasında tətbiqi; verilənlərin vizuallaşmasında; pareto qaydası; müxtəlif növ qrafiklər və onların istifadəsi; elektron cədvəllərində verilənlərin vizuallaşması funksiyaları; verilənlərin vizuallaşması = kommunikasiya vasitəsi

Hərəkətli keçidlər

Animasiya və keçidlərin təqdimatda istifadəsi; animasiya kateqoriyaları; təqdimatlarda peşəkar animasiya effektləri (“Parallax”, “Morph”, “Ken Burns” və s.)

Bonus biliklər

Şəkil və yazı kombinasiyaları; təqdimat taktikaları; təqdimat ideyaları; uğurlu və uğursuz slaydların analizi; süni intellektin təqdimat dizaynına gətirdiyi yeniliklər

PT testləri

Öyrəndiklərimizin tətbiqi; trendə uyğun təqdimat nümunələrinin hazırlanması (vorkşoplar)


Müəllimlərimiz

Şahin Şəkərli vizual təqdimatların hazırlanması üzrə 10 ildən çox təcrübəyə malikdir. Bu sahədə müxtəlif sahələrdə yerli və xarici müştəri seqmentləri üçün təqdimatlar hazırlamış və praktikasını genişləndirmişdir.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!