Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!

Proqram haqqında

“Zero to Hero” modeli karyerasında fərqli yöndə irəliləmək istəyən və ya sıfırdan yeni iş həyatı qurmağı arzulayanlar üçün xüsusi olaraq hazırlanmış tədris proqramıdır. Bu proqram iştirakçıların seçdikləri sahə üzrə nəinki təməl bacarıqlara yiyələnməsini, həmçinin öyrəndiklərini real layihələr üzərində tətbiq etmələrini hədəfləyir. Proqramımızın əsas məqsədi tələbələrimizi arzuladıqları sahədə uğura çatdıracaq bazaya malik professional olaraq yetişdirməkdir.

Proqramımız mətn yazarlığı və yaradıcı konsept qurmaq, fotoqrafiya və videoqrafiya, eləcə də kreativ məzmunun yaradılması kimi mövzularda dərslər təklif edir. Hər dərs nəzəri biliklərlə yanaşı, tələbələrə praktiki bacarıqlar vermək və onları real təcrübələrlə tanış etmək məqsədi daşıyır. Beləcə, bu kurslar tələbələrin həmin mövzuda ixtisaslaşmasını təmin edərək onlara yaradıcılıqlarını sərgiləməyə və potensiallarını maksimum dərəcədə artırmağa imkan verir.

Orxan Karimov

“Creative School” həmtəsisçisi və baş direktoru

Gələcəkdə “Zero to Hero” modelini daha da genişlədib sıfırdan başlayanlara yönəlmiş daha çox dərs təqdim etmək başlıca hədəflərimizdəndir. Bu genişlənmə ilə proqramımız tələbələrə karyeralarında yeni səhifə açmaq üçün lazım olan bilikləri verməyə davam edəcək, eləcə də onları daima dəyişən dünyada rəqabətədavamlı və uğurlu olmağa hazırlayacaq.

“Zero to Hero” proqramı tələbələrini yaradıcı sektorda axtarılan peşəkarlara çevirmək üçün keyfiyyətli təlim materialları, təcrübəli təlimçilər və praktiki öyrənmə imkanları ilə əhatələnib. Bu da o deməkdir ki, hər tələbəmizin məqsədinə çatması uğrunda sonsuz dəstəyi və rəhbərliyi təmin etmək bizim üçün prioritet məsələdir.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!