Bu təhsili almaq üçün hər hansı bir ilkin şərt yoxdur. Özünü bu sahədə təkmilləşdirmək istəyən, yazmağa, yaratmağa həvəsi, öyrənməyə marağı olan hər kəs "Mətn yazarlığı və kreativ konsept yaratmaq" proqramına qoşula bilər.
Giriş dərsində mətn yazarlığı və konsept yaratmağın tarixi, həmçinin hekayə söyləməyin insan mədəniyyətindəki rolu paylaşılacaq, tələbələr bu çərçivədə özlərini təqdim edəcəklər.
Mətn yazarlığının peşəkar açıqlaması və kommunikasiya sahəsindəki önəmindən başlayaraq onun markalar və iqtisadiyyat üçün yaratdığı müsbət tərəflər analiz ediləcək.
Bu dərsdə fərqli kanallar üçün kopiraytinq texnikaları danışılacaq və tətbiqləri müzakirə ediləcək. Televiziya, radio, jingle, rəqəmsal, sosial media, influenser marketing, çöl və çap reklamları, BTL, tədbir və gerilla marketinq üçün kreativ konsept yaratmaq və yaradılan konseptin digər kanallara adaptasiya edilib layihələşdirilməsi üzrə dərsimiz davam edəcək.
Yaradıcılığı, onun kommunikasiya sektoru və reklamdakı rolunu anlamaq. Ardınca dərs fərdi olaraq və komanda daxilində yaradıcı fikirlər düşünmək mövzusunda irəliləyəcək.
Bu dərsdə kreativ konsept yaratma və mətn yazma prosesində strategiyanın yeri və əhəmiyyəti müəyyən ediləcək, həmçinin strateji komanda ilə birlikdə işləmə vərdişlərini yaratmaq üzrə məşqlər keçiriləcək.
Bu dərsdə kollektiv yaradıcılıq metodları arasında başda gələn breynstorminq texnikalarından danışıb onları praktiki olaraq tətbiq edəcəyik.
“Storytelling” prinsipləri və hekayə strukturları araşdırılacaq, tələbələr onların kopiraytinq tətbiqi üzrə çalışacaqlar.
Kopiraytinqdə etika mövzusunu həm fərdi, həm də sosial çərçivələrdə detalları ilə birgə analizlər ediləcək və tələbələr məlumatlandırılacaq.
Süni intellekt platformalarından istifadə üsulları öyrəniləcək, nümunələr və məşqlər əsasında tələbələrin süni intellektlə işləmə bacarıqları təkmilləşdiriləcək.
Kopiraytinq və kreativ konsept üzrə tətbiqlərdən ibarət seminarlar həyata keçiriləcək, üstəlik, tələbələrin agentliklərdə qonaq kimi iştirakı ilə onlarda real iş mühiti və karyera haqqında daha dərin fikirlər yaradılacaq.
Professional kopirayterə məxsus portfolionun yığılması və təqdimatı haqqında təlimçilərimiz tələbələri məlumatlandıracaq, proqram bitdiyində isə hər tələbənin özünə aid portfolious və CV-si olacaq. Hər tələbəyə kursu bitirdikdən sonra karyera planları ilə bağlı yol göstəriləcək.
İştirakçıların uğuru qrup müzakirələrində və fəaliyyətlərdə fəal iştirak, tapşırıqların, layihələrin və yekun buraxılış layihəsinin yerinə yetirilməsi və uğurlu portfolio təqdimatı üzrə qiymətləndiriləcək və iştirakçılar sertifikat almaq hüququ qazanacaqlar.
“Zero to Hero” modelimizin bir hissəsi olan “Mətn yazarlığı və kreativ konsept yaratmaq”, başqa sözlə desək kopiraytinq tədrisimizdə müəllim heyətimiz Azərbaycanın zəngin təcrübəyə malik reklam agentliklərinin rəhbərlərindən ibarətdir. Onların hər biri peşəkar karyeralarında qazandıqları mühüm uğurlara və mükafatlara görə məşhurdurlar. Təcrübəli müəllimlərimiz tələbələri təkcə nəzəri biliklərlə təmin etməyəcək, həmçinin onları real iş dünyasında sağlam addımlar atmaq üçün istiqamətləndirəcəklər. Müəllimlərimiz tələbələrə sadəcə təlimçi kimi yox, həmçinin agentlik rəhbəri və kreativ direktor kimi yanaşaraq sənayedəki real təcrübələri, tendensiyaları və problemləri çatdırmaq üzrə unikal dərslər keçəcəklər. Bu, tələbələrimizi təkcə nəzəri biliklərlə deyil, həm də müasir iş dünyası ilə uyğunlaşan praktiki bacarıqlarla təmin edəcək.
Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!