Kursumuz fotoqrafiya sahəsində karyeraya başlamaq, peşəkar biliklərə yiyələnib uğur qazanmaq, həmçinin bu sahədə təcrübəsi olan, lakin onu artırmaq istəyən hər kəs üçündür. Bir sözlə, kursumuzun əsas məqsədi yaradıcı sektorun tələblərinə uyğun peşəkarlar yetişdirməkdir. Üstəlik, dərslərdə lazımi avadanlıqları da sizə təqdim edəcəyik.
Kursun sonunda siz:
– müxtəlif növ reklam və sosial media üçün nəzərdə tutulmuş çəkilişlər etməyi bacaracaq;
– tədbirlərdən çəkiliş sifarişləri götürüb qazanc əldə edəcək;
– çəkdiyiniz fotoları “Photoshop”da işləməyi öyrənəcək;
– professional avadanlıqlarla şəxsi çəkilişlər əldə edəcəksiniz;
– öz biznesinizi qurmaqda addımlar atacaqsınız.
Fotoqrafiyanın əsas istiqamətləri və kompozisiya texnikalarının növləri
Müxtəlif növ kamera və linzaların növləri, onların xüsusiyyətləri, şəkil formatları, rəng temperaturu və ISO həssaslığı
Açıq havada mənzərə çəkilişləri, təbii işıqda portret çəkilişləri və gecə saatlarında çəkiliş praktikası
İşıqlandırmanın növləri və xüsusiyyətləri, əlavə işıqdan və studiya avadanlığından istifadə, işıq başlıqlarının testləri
Studiyada portret və dəb çəkilişi sxemləri. Açıq havada təbii və süni işıqla, studiyada isə impulslu və sabit işığın qarışığı ilə çəkiliş. Stilist, vizajist və saç stilisti ilə birgə iş
Məhsul fotoqrafiyasının növləri və çəkiliş sxemləri. Yemək, maye və şüşə obyektlərin çəkiliş texnikası
“Camera RAW”da kadrların düzgün ixrac edilməsi, ekspozisiya, rəng, kontrast, tonallıq və ağ balansın korreksiyası. Faylların saxlanılması və onların “Photoshop”da tənzimlənməsi. Süni intellektdən istifadə
Fotoqraf avadanlıqları, pul qazanmaq və müştəri tapmaq, düzgün portfolio hazırlamaq
"Fotoqrafiya" proqramı üzrə müəllimimiz 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olan və şəxsi fotostudiyaya sahib Ruslan Nəbiyevdir. O, burada 15 ildən çox qazandığı təcrübəni, bilik və faydalarını, fotoçəkilişlərin sirlərini tələbələrlə bölüşəcək.
Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!