Videoqrafiya nədir?

Fotoqrafiya şəkil çəkməkdirsə, videoqrafiya da ardıcıl düzülmüş hərəkətli şəkillər vasitəsilə hisslərin, düşüncələrin, hekayələrin ötürülmə üsuludur. Telefonumuzun kamerası ilə gündəlik həyatımızın müxtəlif anlarını lentə almaq belə videoqrafiyanın bir parçasıdır. Təbii ki, bu sahədə sadəcə video çəkə bilmək də bəs etmir. Daha sonra biz çəkdiyimiz video üzərində işləyir, onu film, televiziya, hətta tədbirlərin belə ən gəlirli və önəmli hissəsinə çeviririk. Keçmişdə keyfiyyətli materialın alınması üçün xeyli resursa ehtiyacın olduğu bu sahədə işləmək texnologiyanın inkişafı ilə, başqa sözlə desək, sərfəli avadanlıqlar, hətta cibimizdəki telefonlarla artıq daha əlçatandır.


Kimlər üçündür?

Hər kəsin telefon vasitəsilə keyfiyyətli görüntülər əldə etdiyi, insanların sosial mediada gəlir qazandığı videoqrafiya sahəsində daha geniş biliklərə sahib olmaq, ortaya daha keyfiyyətli iş çıxarmaq sizə rəqiblərinizdən fərqlənməyə kömək edir. Professional təcrübə və biliklər əldə edəcəyiniz “Videoqrafiya” kursumuzu bitirdikdən sonra nəinki öz məzmunlarınızı hazırlayacaq, həm də buradan qazanc əldə edəcəksiniz. Kursumuz aşağıdakı şəxslər də daxil olmaqla, hər kəs üçündür:

  • ⁠film və ya reklam filmi sahəsində işləmək istəyənlər;
  • ⁠şəxsi məzmununu hazırlayaraq sosial mediada rəqibləri ilə arasında fərq yaratmaq istəyənlər;
  • tədbirlərdən sifarişlər götürərək qazanc əldə etmək istəyənlər;
  • ⁠onlayn sifarişlər götürüb montaj edərək gəlir əldə etmək istəyənlər.

Tədris proqramı
(80 saat)

⁠Videoqrafiyaya giriş

Videoqrafiyanın yaradıcılıqda əhəmiyyəti, müxtəlif növ kameralar, avadanlıqlar və onların xüsusiyyətləri ilə tanışlıq

⁠Hekayə

Cəlbedici hekayələr yaratmaq, hekayə strukturu haqqında

Kompozisiya

Hissləri doğru şəkildə ötürə bilən rakurslar və rənglər əldə etmək, fikirləri olduğu kimi çatdırmaq

⁠İşıqlandırma texnikaları

Sadəcə video çəkməyi yox, həm də işimizi peşəkarcasına görmək üçün müxtəlif ssenarilər əsasında işıqlandırmanı da öyrənəcəyik.

Montaj və “post-production”

“Premiere Pro”, “After Effects” proqramlarından istifadə edərək xəyalınızdakı hekayənin vizuala köçürülməsi

⁠ ⁠Səs dizaynı

Hekayənin hisslərini çatdırmaqda kömək edən əsas amillərdən biri də səsdir. Mükəmməl səs dizaynı görüntü olmadan da hekayənizi rahatlıqla çatdıra bilər.

Rəngləndirmə, rəng korreksiyası

Hekayənin qəmli, xoşbəxt, ya da qorxulu olduğunu izah etmək üçün rənglərin köməyindən istifadə

⁠Müştərilərin istəyi

Müştərinin nə istədiyini başa düşmək bəzən çətin ola bilir, xüsusilə də, hazır materialın üzərində dəyişiklik etmək lazım olduqda. Biz kiçik montaj texnikaları ilə layihəni asanlıqla müştərinin istədiyi formaya salmağı da öyrənəcəyik.

Render

Video hazırdır, amma hansı platforma, eləcə də hansı müştəri üçün necə render etməli olduğumuzu “codec”lərin köməyi ilə öyrənəcəyik.

Fayl ölçüləri və sıxışdırma

Yüksək keyfiyyətdə hazırladığınız videoları saxlamaq üçün cihazda kifayət qədər yer yoxdursa, sıxışdırma texnikaları ilə görüntünün keyfiyyətini pozmadan daha kiçik ölçüdə saxlaya bilərik.


Müəllimlərimiz

"Videoqrafiya" proqramı üzrə müəllimimiz 2012-ci ildən bəri bu sahədə ixtisaslaşan Nihad Əliyevdir. O, videoqrafiya sahəsində bir çox yerli və xarici şirkətlər, brendlər, hətta BMT və “Netflix” ilə əməkdaşlıq edərək əldə etdiyi təcrübəni, bilik və bacarıqlarını tələbələrlə bölüşəcək.


ƏLAQƏ

Müraciət edin

Karyeranızı sıfırdan qurun, öz qəhrəmanınıza çevrilin!