13 aprel Nizami Kino Mərkəzində baş tutmuş “Young Lions Azerbaijan” festivalı Azərbaycanın yaradıcılıq sektoru üçün xeyli səmərəli oldu. Belə ki, festivalda qlobal agentliklərin kreativ direktorları hər kəsi ilhamlandıracaq təqdimatları ilə yadda qaldı, qalib gəlmiş yaradıcı gənclər mükafatlandırıldı, ən əsası isə tezliklə fəaliyyətə başlayacaq “Creative School” təqdim olundu.
“Creative School”un həmtəsisçisi və direktoru Orxan Kərimov yaradıcı sektordakı boşluqdan, yaradıcı gənclərin təcrübəsini artırmaq istəyindən söz açdı, ardınca qonaqlar “Creative School”un təqdimat videosunu izlədi. Burada yaradıcı sahədə fəaliyyət göstərən istedadlı şəxslər “Mətn yazarlığı və kreativ konsept yaratmaq”, “Bədii rəhbərlik (Art Direction)”, “Kreativ məzmun yaradılması”, “Fotoqrafiya”, “Videoqrafiya” kimi mövzularda dərs keçəcək, gəncləri ilhamlandıracaq və onları real təcrübə ilə tanış edəcək.
Hazırda “Creative School” üçün müraciətlər veb-saytımızda açıqdır və bütün həvəsli gənclərin yolunu gözləyir!